REGİONLAR


Keçən il ölkədə diri çəkidə 556 min tondan çox ət istehsal olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Ötən il Azərbaycanda diri çəkidə ət istehsalı 3 faiz artaraq 556,6 min ton, süd istehsalı 2,8 faiz artaraq 2 milyon 80,4 min ton olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində yumurta istehsalı 2,3 faiz azalaraq 1 milyard 674,7 milyon ədəd, yun istehsalı isə 1,2 faiz azalaraq 15,8 min ton olub. Bundan başqa, ölkədə 514 ton barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

2018-ci ildə hər inək və camışdan orta hesabla 1589 kiloqram süd sağılıb.

İlkin məlumatlara görə, bu il yanvarın 1-nə ölkə üzrə 8 milyon 357,9 min baş qoyun və keçi, 2 milyon 666,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 282,3 min baş inək və camışlar mövcud olub. Qaramal naxırının 48,1 faizini inək və camışlar təşkil edir.

Ötən il quşçuluq fabriklərində diri çəkidə 74,4 min ton quş əti və 640,2 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 12 milyon 257 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 169 ədəd yumurta alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.