İQTİSADİYYAT


Keçən il ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 16 yanvar, AZƏRTAC

2019-cu ildə Azərbaycana idxal olunan avtomobillərin sayı 47 min 710 olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 547-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 43 min 156-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 3780-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 227-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.