İQTİSADİYYAT


Keçən il qeyri-neft sektoru üzrə ixrac 15,7 faiz artıb

Bakı, 29 yanvar, AZƏRTAC 

2019-cu ildə qeyri-neft sektoru üzrə ixracın dəyəri 1 milyard 954 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla xəbər verir ki, 2018-ci illə müqayisədə ötən il qeyri-neft sektoru üzrə ixrac 265 milyon dollar və ya 15,7 faiz artıb. Keçən il Rusiyaya 690,6 milyon, Türkiyəyə 401,8 milyon, İsveçrəyə 179 milyon, Gürcüstana 159,1 milyon və Ukraynaya 50,6 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsullar ixrac olunub.

2018-ci illə müqayisədə ötən il Rusiyaya qeyri-neft ixracı 11,5 faiz, Türkiyəyə 16,5 faiz, İsveçrəyə 32,2 faiz, Gürcüstana 27,8 faiz və Ukraynaya 24,6 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.