İQTİSADİYYAT


Keçən il topdansatış ticarət dövriyyəsi azalıb

Bakı, 20 fevral, AZƏRTAC

2019-cu illə müqayisədə 2020-ci ildə topdansatış ticarət dövriyyəsi 7,5 faiz azalaraq 28 milyard 482,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ticarət dövriyyəsinin 39,8 faizini ərzaq məhsulları, 10,3 faizini içkilər və tütün məmulatları, 10,5 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 8,5 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılar, 4,7 faizini avtomobil benzini və dizel yanacağı, 1,8 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1,8 faizini elektrik malları və mebellər, 22,6 faizini isə digər qeyri-ərzaq malları təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.