İQTİSADİYYAT


Keçən il ümumi daxili məhsul istehsalı 81,6 milyard manat olub

Bakı, 22 yanvar, AZƏRTAC

2019-cu ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul (ÜDM) əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda 0,4 faiz artıb.

İnformasiya və rabitə sahələrində əlavə dəyər 15,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,6 faiz, sənayedə 1,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1 faiz, digər xidmət sahələrində 3,3 faiz artıb, tikintidə 6,1 faiz azalıb.

ÜDM-in 41,4 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8247 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.