İQTİSADİYYAT


Keçirilən son hərraclarda 7 nəqliyyat vasitəsi satılıb

Keçirilən son hərraclarda 7 nəqliyyat vasitəsi satılıb

Bakı, 30 noyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 29-u və 30-da növbəti hərrac keçirilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, noyabrın 29-da keçirilən hərracda 1 səhmdar cəmiyyətin səhm paketi, 1 nəqliyyat vasitəsi, lot üzrə 6 ədəd su nəqliyyatının mühərriki, noyabrın 30-da keçirilən hərracda isə 6 nəqliyyat vasitəsi satılıb.

Noyabrın 29-da “Beyləqan Buzxana” ASC-nin 45 faizlik səhm paketi özəlləşdirilib.

Noyabrın 30-da “Azərbaycan Beynəlxalq Bankı”na məxsus avtomobillər çıxarılıb. Keçirilən hərrac rəqabətli olub. Belə ki, “Hyundaı Sonata” markalı avtomobilin ilkin start qiyməti 7000 manat olsa da, edilən ən son təklif 12 min manata yüksəlib.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu )

Məlumat üçün bildiririk ki, növbəti hərraclar dekabrın 13-ü, 20-si və 27-də keçiriləcək. Sadalanan tarixlərdə hərraca ümumilikdə 25 dövlət obyekti, 2 helikopter və 38 nəqliyyat vasitəsi çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.