DÜNYA


Keçmiş Yuqoslaviya Prezidenti Titonun Nyu-Yorkdakı villası 50 milyon dollara satılıb

Sarayevo, 2 oktyabr, AZƏRTAC

Keçmiş Yuqoslaviya Prezidenti, Qoşulmama Hərəkatında çox tanınmış dövlət rəhbərlərindən olan İosif Broz Titonun Nyu-Yorkdakı villası 50 milyon dollara satılıb.

AZƏRTAC xəbər verir ki, Tito tərəfindən 1946-cı ildə Yuqoslaviya üçün alınan bina soyuq müharibə dövründə Qoşulmama Hərəkatı ilə bağlı planların tərtib edildiyi yer olub.

Dəbdəbəli quruluşu ilə Versal Sarayını xatırladan binanın satışından əldə olunan gəlir keçmiş Yuqoslaviya ölkələri - Bosniya və Herseqovina, Xorvatiya, Şimali Makedoniya, Serbiya və Sloveniya arasında bölüşdürüləcək. Bosniya və Herseqovina satışdan 7,5 milyon dollar əldə edəcək.

Daşınmaz əmlak məsləhətçiləri satış prosesində Balkan ölkələrinə bir neçə dəfə səfər edib və prezidentlər də daxil olmaqla yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçiriblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.