CƏMİYYƏT


Keçmiş arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 21 aprel, AZƏRTAC

2020-ci il sentyabrın 6-da Tərtər rayonunun Şıxarx qəsəbə sakini Tağıyeva Röyalə Mirzə qızının yaşadığı evdə öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Tərtər Rayon Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaqla zərərçəkmişin keçmiş əri Əsədov Səlim Bəhrəm oğlunun Röyalə Tağıyevanın yaşadığı evə daxil olaraq sonuncunu heç bir əsaslı səbəb olmadan boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Səlim Əsədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.