CƏMİYYƏT


Keçmiş məhkumun evində narkotik vasitələr, həyətyanı sahəsində çətənə kolları aşkarlanıb

Bakı, 10 avqust, AZƏRTAC 

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əbdulmanafovun evindən 50 qram heroin, 1,726 qram marixuana, 1,12 qram metadon həbi və həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş beş çətənə kolu aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitə ilə tutulmuş Ağalar Xəlilovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Sabunçu rayonunun Maştağa qəsəbəsindəki torpaq sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 168 çətənə kolu aşkarlanıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.