CƏMİYYƏT


Kəklikotunun çayı, dəmləməsi və yağı çox faydalıdır

Bakı, 29 noyabr, AZƏRTAC

Kəklikotu xoş ətirli qoxuya, acı və azca yandırıcı dada malikdir. Ədviyyat bitkinin yarpaq, budaq və toxumlarından alınır. Ona ölkəmizin çox yerlərində, əsasən də Naxçıvan dağlarında rast gəlmək olur. Maraqlıdır ki, Naxçıvanda bitən kəklikotu növləri hansısa meyvənin, çiçəklərin ətir və dadını verməklə məşhurdur. Qızılgül, limon ətri verən kəklikotu bölgənin mətbəxində ən sevimli bitki kimi yer tutur.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, kəklikotunun yaşıl hissəsində 0,6 faizə qədər efir yağı var və onun da əsas hissəsini timol təşkil edir. Tərkibində bol miqdarda antioksidant maddəsi olduğundan orqanizmi onkoloji və ürək-damar xəstəliklərindən qoruyur. Dəmirin zəngin mənbəyi sayıldığından anemiya xəstələrinə də məsləhət görülür. Bitkinin tərkibində çoxlu miqdarda kalium arterial təzyiqi normallaşdırır. Dəri, sinir xəstəlikləri və əzələ spazmalarında geniş istifadə olunur.

Kəklikotu sinir sisteminə çox müsbət təsir göstərir, baş ağrıları zamanı kömək edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır. İmmun sistemi üçün də çox xeyirli olduğuna görə soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədilə qəbul edilir.

Bitkinin dəmləmələri ilə ağız boşluğu iltihabları, tonzilit zamanı qarqara edilməsi faydalıdır. Respirator xəstəliklər zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və nəfəsalmanı asanlaşdırır. Kəklikotu yağı güclü yarasağaldıcı xüsusiyyətə malikdir. Yanıq, xora və donvurma zamanı kəklikotu yağından istifadə edilməsi müalicəvi təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.