CƏMİYYƏT
Kəlbəcər rayonuna komendant təyin olunub, rayonda polis postları qurulub VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Silahlı Qüvvələrimizin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi Qələbəyə qovuşdu. Otuz ilə yaxın işğalda qalan torpaqlarımızda artıq müvafiq təhlükəsizlik tədbirləri görülür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın Fərmanına uyğun olaraq komendant rejimi elan edilib və daxili işlər nazirinin əmri ilə rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.
Rayon polis şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]