CƏMİYYƏT


Kəlbəcər rayonunda ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində operatorun ölməsi ilə bağlı araşdırma aparılır

Bakı, 19 oktyabr, AZƏRTAC

Kəlbəcər rayonunda yol çəkilişi zamanı ekskavatorun üzərinə qaya parçaları düşüb.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.