Kəlbəcər rayonunda traktor aşıb, sürücü xəsarətlər alıb
AzerTAg.az

Bakı, 28 mart, AZƏRTAC
Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov AZƏRTAC-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Naftalan şəhər Yol İdarəsinə məxsus traktor qar uçqunu altında qalmış yolun açılması zamanı aşıb və nəticədə Kəlbəcər rayon sakini, 1968-ci il təvəllüdlü sürücü Feyruz Bayramov müxtəlif bədən xəsarətləri alıb. Dərhal sürücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı tromotik amputasiya edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbərin mətnində orfoqrafik səhv var