REGİONLAR


Kəlbəcər rayonunun Başlıbel kəndi

Bakı, 9 avqust, AZƏRTAC

Kəlbəcər rayonunun Başlıbel kəndi eyni adlı çayın sahilində yerləşir. Rayonun ən böyük kəndlərindən olan Başlıbeldə işğaldan əvvəl 350-dən çox azərbaycanlı ailə - 2 min nəfərə yaxın əhali yaşayırdı. Kəndin ərazisində əkinçilik və heyvandarlıq üçün münbit torpaqlar, geniş otlaqlar, yaylaqlar, eləcə də bulaqlar var.

Başlıbel kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Kəndin işğalı zamanı 15 nəfər günahsız dinc sakin ermənilər tərəfindən qətlə yetirilib.

İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Başlıbel kəndinin görüntülərini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.