REGİONLAR


Kəlbəcər rayonunun Quzeyçirkin kəndi VİDEO

Bakı, 28 iyun, AZƏRTAC

Kəlbəcər rayonunun Quzeyçirkin kəndi dağətəyi ərazidə yerləşir.

Kənddə əkinçilik və heyvandarlıq inkişaf etmişdi.

Bu kənd Azərbaycanda uzunömürlü insanların ən çox yaşadığı kəndlərdən biri olub. Həmçinin yaylaqları və buz bulaqları ilə tanınıb.

1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində məğlub olan Ermənistan həmin il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu müqaviləyə əsasən Ermənistan hərbçiləri noyabrın 25-də Kəlbəcər rayonunu, o cümlədən Quzeyçirkin kəndini tərk edərək Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Quzeyçirkin kəndindən görüntüləri təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.