Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Kəlbəcərdə Xudavəng məbəd kompleksində erməni saxtakarlığı

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının ərazisində dövrümüzədək gəlib çatmış ən böyük Alban monastırı Xudavəng məbədidir. Bu memarlıq abidəsinin ərazisində bir neçə dini tikili yerləşdiyindən Xudavəng monastır kompleksi adlanır. Xudavəng sözü “Tanrı tapınağı” deməkdir. Alban dilində kilsə tapınaq adlanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.

O məlumat verib ki, məbəd V-VI əsrlərdə yerli türk boylarına aid qədim tapınağın qalıqları üzərində xristian memarlığına uyğun şəkildə inşa olunub. Albaniyada erkən xristianlıq məbədləri qədim tapınaqların, o cümlədən tanrıçılıq məbədlərinin, ibadətgahların üzərində və mağaralarda inşa edilirdi. Bunun başlıca səbəbi əhalinin xristianlığı qəbul etməsini asanlaşdırmaq və yeni dinin yayılmasını sürətləndirmək idi. Əvvəlki məbədlərin memarlıq üslubunda dəyişiklik edilir, şərq tərəfində mehrab, qərb tərəfində isə giriş qapısı düzəldilirdi. Bununla da qədim tapınaqlar xristian məbədlərinə çevrilirdi: “Kəlbəcər şəhərinin 29 kilometrliyində, Tərtər çayının sol sahilində Bağlıpəyə kənd inzibati ərazi dairəsində yerləşən Xudavəng monastır kompleksinə 10-dan çox dini xarakterli tikili daxildir. Burada ən qədim tikili olan Xudavəng bazilikası VI əsrdə inşa edilib. Xudavəng monastırının baş kilsəsini 1214-cü ildə Alban-Xaçın knyazı Vaxtanq təginin həyat yoldaşı Arzu xatun tikdirib. Buna görə də bu abidə Arzu xatun kilsəsi adı ilə tanınıb. Arzu xatun kilsəsindən başqa Xudavəng monastır kompleksinə daxil olan dini abidələr içərisində Müqəddəs Məryəm Ana kilsəsini, Müqəddəs Qriqor kilsəsini və Həsən Cəlal məbədini də qeyd etmək olar. Xudavəng monastır kompleksinin bərpa olunması və əlavə binaların inşa edilməsi Alban-Xaçın knyazı Həsən Cəlalın adı ilə bağlıdır. Bu tikililərın inşa edilməsində yerli qara bazalt daşından, bişmiş kərpicdən, ağacdan və əhəng məhlulundan istifadə olunub”.

Tarixçi alim diqqətə çatdırıb ki, XII-XIII əsrlərdə Alban-Xaçın knyazlığının dini mərkəzi olan Xudavəng monastır kompleksinin sonradan Dadivəng adı ilə təqdim edilməsi heç bir etibarlı tarixi mənbəyə əsaslanmır. XII-XIII əsrlərdə Alban-Xaçın knyazlığında diofizit məzhəbinin möhkəmlənməsi Dopu xatun, Qönçə xatun, Hurişah xatun və Arzu xatun kimi qıpçaq əsilli qadınların sayəsində baş verib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra Xudavəng monastırının tarixində faciəli dövr başlandı. Ermənilər bu məbədin divarlarında yağlı boya ilə çəkilmiş xeyli şəkilləri və yazı nümunələrini, Alban-Qıpçaq xaç daşlarını balta ilə çaparaq məhv edib, burada saxta erməni xaçdaşları yerləşdiriblər.

2020-ci ilin noyabrında Kəlbəcər rayonunun erməni işğalından azad edilməsindən sonra Arzu xatun kilsəsinin divarındakı iki freskanın ermənilər tərəfindən sökülərək Ermənistana aparıldığı məlum oldu. Bu freskaların birində müqəddəs Nikolasın təsviri əks olunub. Orada Müqəddəs Nikolasın “İncil” kitabını müqəddəs Stefana təqdim etməsi səhnəsi təsvir edilib. Bu freskanı Arzu xatun çəkdirib. Erməni kilsələrinin heç birində müqəddəs Nikolasın təsviri yoxdur. Müqəddəs Nikolasın təsviri diofizit kilsələrində olur, ermənilər isə monofizitdir. Ermənilər öz kilsələrinə müqəddəs Nikolasın təsvirini çəkmirlər. Müqəddəs Nikolas 270-ci ildə Türkiyənin qərbində tarixən mövcud olmuş Patara şəhəri yaxınlığında Geleneş kəndinin yaxınlığında doğulub. Bu tarixi məkanın xarabalıqları indi də məlumdur. XI əsrdə Avropa səlibçiləri Anadoluya hücum edərkən müqəddəs Nikolasın qəbrini tapıb, nəşini çıxardaraq aparıb, İtaliyada Bari şəhəri yaxınlığında dəfn ediblər. Onun üzərində isə kilsə tikiblər. Həmin kilsənin divarlarında da müqəddəs Nikolasın təsvirləri var.

“Ermənilər Arzu xatun kilsəsinin divarındakı freskaları söküb aparmaqla, monastır kompleksini erməniləşdirməyə cəhd edirlər. Hələ XX əsrin 70-ci illərində L.A.Durnova Arzu xatun kilsəsində müqəddəs Nikolasın freskasını araşdıraraq erməni-qriqoryan kilsələrində müqəddəs Nikolas inancının qəbul edilmədiyini qeyd edib. Ermənilər Arzu xatun kilsəsində müqəddəs Nikolasın freskası üzərində sonradan ermənicə qısa mətnlər yazmaqla bu abidənin gerçək tarixini saxtalaşdırmağa cəhd ediblər”, - deyə tarixçi alim Ramin Əlizadə qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib