SİYASƏT


Kəlbəcərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir VİDEO

Kəlbəcərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir VİDEO

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tədbirlər görülür.

Hərbi qulluqçularımız təzə və yüksək kalorili qida, eləcə də digər təminat növləri ilə tam təmin olunub.

Azad olunmuş ərazilərdə dislokasiya olan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.