REGİONLAR


Kəlbəcərdə minaya düşərək həlak olan məmur dəfn edilib

Göygöl, 5 iyun, AZƏRTAC

Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyevlə vida mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vida mərasimi Göygöl rayonunun Xasabağ kəndində keçirilib. Şəhidin ailə üzvlərinin, yaxınlarının, rəsmi şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdən sonra onun cənazəsi Göygöl rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, jurnalistlərdə ibarət çəkiliş qrupunu aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.