CƏMİYYƏT


Kəlbəcərdən olan özünüməşğulluq proqramının iştirakçıları öz ailə bizneslərini doğma rayona aparacaqlar

Bakı, 25 noyabr, AZƏRTAC

30 ilə yaxındır davam edən Kəlbəcər həsrəti bitdi - ölkəmizin bir parçası olan Kəlbəcər rayonu erməni işğalından azad olundu.

Hər birimizin qəlbində Kəlbəcər sevinci hökm sürür, Kəlbəcər sakinlərinin yaşadıqları sevinc və fərəh hissi isə sonsuzdur. Kəlbəcərdən olan özünüməşğulluq proqramı iştirakçıları nəinki onların, gələcək nəsillərin də bu şanlı zəfəri, doğma yurd yerlərimizin azad edildiyi bu günləri heç zaman unutmayacaqlarını, daim qürurla xatırlayacaqlarını vurğulayırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, doğma rayona qayıtmağa hazırlaşan həmin vətəndaşlar artıq məcburi köçkün olmadıqlarını fərəhlə qeyd edirlər. Onlar dövlətin daha bir qayğısı kimi özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Kəlbəcərə aparacaqlarını bildirirlər.

Təbiətin min bir gözəllik bəxş etdiyi, torpağı barlı-bərəkətli Kəlbəcərdə öz ailə təsərrüfat və müəssisələrini uğurla inkişaf etdirəcəklərini əminliklə söyləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.