SİYASƏT
Kəlbəcərin azad olunması münasibətilə Bakıda avtoyürüş keçirilir VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdən sonra Bakı sakinləri Heydər Əliyev Mərkəzindən Şəhidlər xiyabanı istiqamətində yürüş edib.
Avtomobillərin üzərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları asmış yürüş iştirakçıları “Kəlbəcər azaddır”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirirlər.