REGİONLAR
Kəlbəcərlilər ilk dəfə əkdikləri çuğundur və pambıq sahələrindən bol məhsul gözləyirlər
Gəncə, 3 avqust, Rauf Hacıyev, AZƏRTAC
Bərdə rayonunun Lənbərən kəndində yerləşən Kəlbəcər rayon Taxıl İstehsalı və Heyvandarlıq Təsərrüfatına məxsus torpaq sahəsinin 19,5 hektarında bu il ilk dəfə olaraq şəkər çuğunduru, 20 hektarında isə pambıq əkilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş hesabat yığıncağında məlumat verib.
Bildirilib ki, şəkər çuğunduru əkilmiş sahədə yüksək məhsuldarlıq gözlənilir, pambıq əkilmiş sahədə isə çıxış 90 faiz təşkil edir. Hazırda sahələrə aqrotexniki qaydada qulluq göstərilir.