DÜNYA


Kemerovo vilayətindəki mədəndə üç xilasedicinin meyiti tapılıb

Moskva, 25 noyabr, AZƏRTAC

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində qəza nəticəsində itkin düşmüş şaxtaçıları axtaran xilasedicilərdən üçünün meyiti tapılıb.

AZƏRTAC xəbər verir ki, mədənin dərinliklərində xilasetmə əməliyyatları aparan xilasedicilər dəstəsi ilə yerli vaxtla saat 15:00-dan əlaqə itmişdi. Onlar metan qazının səviyyəsinin artması haqqında xəbərdarlıq siqnalından sonra əlaqəyə çıxmalı idilər.

Xatırladaq ki, “SDS-Uqol” holdinqinə məxsus mədəndə qəza səhər saatlarında baş verib. Qəza zamanı yerin altında 285 şaxtaçı olub. Son məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 60 nəfər yaralanıb. Daha 35 şaxtaçının mədənin uzaq küncündə olduğu bildirilir. Onlarla əlaqə yaratmaq mümkün olmayıb. Metan qazının səviyyəsinin yüksək olması və partlayış təhlükəsi səbəbindən axtarış işləri hazırda dayandırılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.