DÜNYA


Kemerovo vilayətindəki mədəndə xilasedicilər dəstəsi ilə əlaqə kəsilib

Moskva, 25 noyabr, AZƏRTAC

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində qəza nəticəsində itkin düşmüş şaxtaçıları axtaran xilasedicilər dəstəsi ilə əlaqə kəsilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb. Məlumata görə, mədənin dərinliklərində xilasetmə əməliyyatları aparan xilasedicilər dəstəsi metan qazının səviyyəsinin artması haqqında xəbərdarlıq siqnalından sonra əlaqəyə çıxmalı idilər. Lakin indiyədək onlarla əlaqə qurmaq mümkün olmayıb. Dəstənin neçə nəfərdən ibarət olduğu bildirilmir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.