CƏMİYYƏT


“Kəmtərovlar ailəsi” hekayəsi əsasında çəkilən “İki yad adam” filmi nümayiş olunub

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun dəstəyi ilə Bakı Konqres Mərkəzində “ADDIM” Gənclər Təşkilatının 6 yaşı münasibətilə keçirilən tədbirdə yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsi əsasında çəkilən “İki yad adam” filmi nümayiş olunub.

“ADDIM” Gənclər Təşkilatından AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində filmin yaradıcı heyəti ilə yanaşı, rəsmi qonaqlar və tanınmış incəsənət nümayəndələri iştirak edib.

Aparıcılar Fariz İlyasov və İrəm Nəbiyeva tədbiri “ADDIM”ın fəaliyyətindən bəhs edən videoçarxın təqdimatı ilə açıblar.

Sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək “ADDIM”ın uğurlarından danışıb.

Təşkilatın sədri Hüseyn Cavadzadə bildirib ki, “İki yad adam” filmi mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” Film Festivalında nümayiş olunub və “Ən Yaxşı Sosial Film” nominasiyasında qalib gəlib.

Sonda isə aparıcılar və addımçılar qonaqlarla birlikdə “ADDIM” üçün yazılmış mahnının sədaları altında fləşmob ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.