MƏDƏNİYYƏT


Kənan Çarboğa: Əhməd Cavadın şeirlərinin Türkiyədə yayılmasının böyük əhəmiyyəti var VİDEO

Ankara, 7 iyun, AZƏRTAC

Böyük Azərbaycan şairi Əhməd Cavadın adının Türkiyədə əbədiləşdirilməsi və şeirlərinin nəşri xüsusi əhəmiyyət daşıyır. Çünki Əhməd Cavad yalnız istedadlı şair deyil, həm də milli mücadiləmizin qəhrəman simalarındandır.

AZƏRTAC xəbər verir ki, bu sözləri türkiyəli tanınmış ədəbiyyatçı və tərcüməçi, Əhməd Cavadın şeirlərinin Türkiyə türkcəsinə tərcüməçisi Kənan Çarboğa deyib.

Əhməd Cavad, Hüseyin Cavid və Mikayıl Müşfiqin eyni ruhlu qəhrəman şairlər olduğunu diqqətə çatdıran şair Kənan Çarboğa deyib ki, Əhməd Cavadın yalnız şeirlərinin Türkiyədə yayılmasına deyil, eyni zamanda, onun tarixi fəaliyyətinin, milli-azadlıq mücadiləsindəki təkrarsız rolunun da nəsillərə çatdırılmasına böyük ehtiyac vardır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.