İDMAN


Kənan Qarayev Çexiyada keçirilən turnirdə ilk 30-luğa yüksəlib

Bakı, 27 iyul, AZƏRTAC

Pardubitsedə (Çexiya) keçirilən 30-cu ənənəvi beynəlxalq “Сzech Open 2018” turnirində yeddinci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Kənan Qarayev Azərbaycan şahmatçıları arasında hələlik ən yaxşı nəticə göstərir. Yeddinci turda hindistanlı rəqibi D.Qukeşi məğlub etmiş Kənan Qarayev bu turdan sonra 5 xal toplayaraq 29-cu yeri tutur. Aydın Süleymanlının 4 xalı, Ülviyyə Fətəliyevanın 3 xalı var.

Qeyd edək ki, 38 ölkədən 238 şahmatçının, o cümlədən 49 qrossmeysterin iştirakı ilə İsveçrə sistemi üzrə keçirilən “Сzech Open 2018” turniri 9 turdan ibarət olacaq.

Yarışın qalibləri bu gün elan ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.