MƏDƏNİYYƏT


Kənan Qasımov: Bu konfrans ölkələrarası turizm münasibətlərinin formalaşması və qurulması baxımdan böyük əhəmiyyət kəsb edir VİDEO

Bakı, 28 iyun, AZƏRTAC

Bu gün ölkəmizdə İslam turizm nazirlərinin 11-ci sessiyası öz işinə başlayıb. Artıq iki gündür ki, tədbir davam edir və nazirlər səviyyəsində görüşlər keçirilir. Bu tədbir Azərbaycan üçün əlamətdar hadisədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

Qurum rəsmisi bildirib ki, əksər İslam ölkələrindən nümayəndələr burdadır və ölkələrarası əlaqələr, həmçinin turizm münasibətlərinin formalaşdırılması, qurulması baxımdan keçirilən bu tədbir olduqca böyük əhəmiyyət kəsb edir: “Hər zaman digər İslam ölkələri ilə Azərbaycan arasında həmrəylik, qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə olub. Bu tədbir də həmin münasibətlərin bir göstəricisidir. Bu gün yekun olaraq iki sənədin qəbul edilməsi nəzərdə tutulub. Biri “Konfransın yekun qətnaməsinin layihə sənədi”, digəri isə “Bakı Bəyannaməsi”dir. Hər iki sənəddə Azərbaycanın haqq səsi kifayət qədər açıq şəkildə göstərilib və İƏT-yə üzv ölkələrin işğaldan azad olunmuş ərazilərə investisiya yatırılmasına, həmçinin turizm infrastrukturunun formalaşdırılmasında yaxından iştirak etməyə dəvət olunublar”.

K.Qasımov vurğulayıb ki, sözügedən sənədlərlə, eyni zamanda Ermənistanın işğalçı siyasəti və bu siyasətlə ölkə turizminə dəyən zərər açıq şəkildə bəyan olunur: “Hesab edirəm ki, bu cür həmrəylik İslam ölkələrindən olan vətəndaşların Azərbaycana gəlişinə töhfə verəcək. Bu da Azərbaycanda turizmin daha da inkişafı üçün rol oynayacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.