MƏDƏNİYYƏT


Kənan Quluzadə: Azərbaycan tezliklə sərhəddə 3 milyonuncu qonağını qarşılayacaq

Bakı, 4 noyabr, AZƏRTAC

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 2 milyon 679 min nəfər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə məlumat verib.

Bildirib ki, bu il ən çox artım oktyabrda qeydə alınıb. Belə ki, ötən ilin oktyabrı ilə müqayisədə bu ilin eyni ayında ölkəyə gələn turistlərin sayı 25 faiz çox olub. Azərbaycana daha çox turist Rusiya, Gürcüstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və MDB ölkələrindən Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan gəlib. Bu il Avropa ölkələrindən gələn turistlərin sayında da artım qeydə alınıb. Artım olan ölkələr sırasında Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa var. Yaxın Şərq ölkələrinin bəzilərindən azalma qeydə alınıb. Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanı və İraqdan gələn turistlərin sayı artıb.

Kənan Quluzadənin sözlərinə görə, artıq payız-qış turizm mövsümünə start verilib. Yay mövsümündə olduğu kimi yeni mövsümdə də artım tendensiyası gözlənilir. Kənan Quluzadə Azərbaycana gələn turistlərin ənənəvi olaraq Bakı-Abşeron və dörd dəhliz üzrə, yəni Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə və Bakı-Cənub istiqamətlərində öz səyahətlərini quracaqlarını düşünür. Yeni turizm mövsümündə bəzi yeniliklər də gözlənilir

O, əlavə edib ki, Azərbaycan tezliklə sərhəddə 3 milyonuncu qonağını qarşılayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.