MƏDƏNİYYƏT


Kənan Quluzadə: Koronavirus daxili turizmin inkişafına müsbət təsir edə bilər

Bakı, 27 fevral, AZƏRTAC

Koronavirus dünyada daxili turizmin inkişafına müsbət təsir edə bilər. Çünki bu virusa görə dünyada insanlar ölkələrindən çıxmağa çəkinirlər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu il Azərbaycana gələn turistlərin sayının artımı ilə bağlı proqnoz özünü doğrultmaya bilər: “Bu il üçün proqnozlaşdırırdıq ki, Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artacaq. Amma bu rəqəmi korrektə edirik. Bu rəqəmi korrektə etmək təkcə bizdən asılı deyil. Bu qlobal vəziyyətdən, regional və milli səviyyədə verilən qərarlardan asılıdır”.

Qurum rəsmisi qeyd edib ki, koronavirus böhranı təkcə dövlət səviyyəsində verilən qərarlardan asılı deyil. “Bu, ümumi qlobal, psixoloji böhrandır. Bütün dünyada bir psixoloji panika yarandığı üçün insanlar səfərlərini təxirə salırlar. Bu, bütün dünyaya aiddir. Ona görə də dəqiq rəqəmləri yekunda biləcəyik”, - deyə K.Quluzadə bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.