Kənan Quluzadə: Son dörd ayda ölkəmizin göstərdiyi nəticələr ötən illə müqayisədə 2 dəfə artıb
AzerTAg.az
Şamaxı, 24 may, AZƏRTAC
Bu gün İpək yolu brendi adı altında olan turistik məhsulların gücləndirilməsi, daha geniş coğrafiyaya çıxarılması, milli tarixi irsimizin tanıdılması, təşkilata daxil olan dövlətlərin bir-biri arasında turistik əlaqələrin genişləndirilməsi və digər ölkələrdən bölgələrimizə turistlərin cəlb edilməsi, o cümlədən kombo turlar çərçivəsində bir neçə məhsullar var ki, iclasda müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Türk Dövlətləri Təşkilatının Turizm nazirlərinin 7-ci iclası zamanı jurnalistlərə verdiyi müsahibədə deyib.
“Bizim birgə tariximiz, dilimiz var, ərazi cəhətdən də qonşu ölkələrik. Azərbaycanın son 4 ayda göstərdiyi nəticələr ötən illə müqayisədə 2 dəfə artıb və biz bu rəqəmləri tərəfdaşlıq etdiyimiz türk dövlətlərində də artırmağa çalışırıq”,- deyə Kənan Quluzadə bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var