Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Kənd Horadiz əməliyyatı – Vətən müharibəsinin iştirakçıları AZƏRTAC-a danışır FOTO VİDEO

Füzuli, 8 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində ordumuzun cəbhəboyu endirdiyi sarsıdıcı zərbələr erməni hərbi birləşmələrinin darmadağın olmasına gətirib çıxardı. Qəhrəman Azərbaycan əsgəri bir-birindən uğurlu əməliyyatlar keçirərək, 30 ildən sonra torpaqlarımızı yağı düşməndən azad etdi. Vətən müharibəsinin uğurlu əməliyyatlarından biri də Kənd Horadiz döyüşləridir. AZƏRTAC-ın bölgə müxbiri Kənd Horadizdə xüsusi təyinatlı qüvvələrin mənsubları ilə həmsöhbət olub, onların döyüş təəssüratlarını qələmə alıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidmət apardığı postlardan keçdikdən sonra 2016-cı ildə uğurlu Aprel döyüşləri zamanı azad olunan yolla irəliləyirik. İstiqamət isə Vətən müharibəsinin ilk günündə azad edilən Kənd Horadizədir. Döyüşlərin ilk başlandığı və düşmənin məhv edildiyi yer. Yol yoldaşlarımız həmin döyüşlərin qəhrəmanlarından olan xüsusi təyinatlı qüvvələrin qaziləri Kamran Dadaşzadə və Asim Əliyev, həmçinin həkim, baş leytenant Cəmşid Qiyaslıdır.

İşğal dövründə düşmən bu ərazidə dəfələrlə təxribata əl atıb. Hər zaman da Azərbaycan Ordusu tərəfindən layiqli cavab alaraq geri otuzdurulub. Vətən müharibəsində ilk əks-həmlənin başlandığı yeri görən qazi gizir Kamran Dadaşzadə avtomobili saxlamağımızı xahiş edir. Deyir ki, bu yerlər onun yaddaşında illərdir gözlədiyi arzunun gerçəkləşdiyi ərazi kimi qalıb: “Uğurlu əməliyyatlarımızdan biri Kənd Horadizdə elə döyüşlərin ilk günündə oldu. Biz yüksəkliklərlə irəliləyirdik. İlk olaraq Yastıtəpə yüksəkliyini götürdük, digər iki qrupumuz qarşıdakı yüksəklikləri tutdu. Üçüncü qrupumuz düşmənin 40 nəfərlik qrupu ilə açıq döyüşə girdi. Biz digər yüksəklikdən onları görsək də, rabitə əlaqəsi yarada bilmirdik. Çünki yaxın döyüşlərdə düşmən xüsusi qurğularla rabitə əlaqəsini kəsirdi. Amma bizim qrup döyüşə atıldı və erməniləri darmadağın etdi. Hakim yüksəklikləri tutaraq, əraziyə nəzarəti ələ keçirmək istəyirdik və buna da nail olduq. Həmin döyüşdə qrupumuz ilk şəhidini verdi. Emin Məmmədov burada döyüşlərdə şəhidlik məqamına yüksəldi. İlkin Abbasov isə yaralandı”.

Kamran bildirir ki, döyüşlər çox ağır keçib. “Bu yerlər çökəklik və meşəlik olduğu üçün erməni hərbçilərinin ən yaxşı möhkəmləndiyi ərazi idi. Kənd Horadizə xeyli qüvvə yığmışdılar. Biz irəlilədikcə digər bölmələrə koordinatları ötürürdük və quru qoşunları da həmin yerləri götürərək arxamızla gəlirdi. Heç zaman unutmaram, Yastıtəpədə açıq döyüşdə bir piyada maşınımız vurulmuşdu. Hərəkət edə bilməsə də, vurulmuş halda belə bizi atəşlə dəstəkləyirdi. Növbəti tapşırıqlardan birində isə başqa bir qrupumuz düşmənin pusqusuna düşdü. Biz dəstəyə getdik və elə bir məqam yarandı ki, iki qrupa bölündük. Erməni qüvvələri pusqu qurmaq istəsə də, özləri pusquya düşdülər. Həmin döyüşdə xeyli erməni hərbçi məhv edildi. Bu yerlərin hər qarışında döyüşçü yoldaşlarımızın qan izləri, hərəsindən bir xatirə var”, - deyə o əlavə edir.

Düşmən bu ərazilərdə məhv edilsə də, Azərbaycan əsgəri ancaq irəli can atırdı. Müşahidə aparan düşmən ordumuzun sol cinahla irəli getdiyini görüb, yenidən Kənd Horadizin sağ tərəfindən bütöv bir hərbi hissə ilə hücuma keçmək və Araz çayına qədər irəliləmək istəsə də, bu hücumun qarşısı da əks-həmlə ilə alınıb.

Xüsusi təyinatlı qrupun komandir müavini, qazi gizir Asim Əliyev deyir ki, qısa müddətdə sol cinahdakı yüksəkliklər ordumuzun nəzarətinə keçmişdi: “Biz sol cinahla irəlilədiyimiz üçün, düşmən sağ tərəfdən yenidən hücuma keçmək istədi. Lakin ərazi tam olaraq nəzarətimizdə idi, düşmənin bütün hərəkətlərini izləyirdik. Bilirdik ki, hücuma keçmək istəyəcəklər. Belə də oldu. Düşmən tankları, döyüş maşınları, piyada bölmələri hərəkətə keçdi. Bunu təyin edərək, koordinatları dərhal artilleriya bölmələrimizə məruzə etdik. Artilleriyamız dəqiq atəşlərlə burada, Kənd Horadizin sağ tərəfində düşmənin qüvvəsini darmadağın etdi. Kənd Horadizin azad edilməsi digər əraziləri azad etmək üçün bizə üstünlük yaratdı. Daha sonra Cəbrayıl, Hadrut azad edildi. Bundan sonra planlı şəkildə aparılan əməliyyatlar sayəsində Füzuli şəhərində yerləşən düşmən qüvvəsi tam mühasirəyə düşdü. Ümumiyyətlə Füzulinin azad edilməsində Kənd Horadiz döyüşlərinin mühüm əhəmiyyəti oldu”.

Həmin günlərdə hərbçilərimizə həyat bəxş edən həkim baş leytenant Cəmşid Qiyaslı isə o günləri xatırlayaraq deyir ki, şanlı, şərəfli bir yolun şahidi olmaq çox qürurverici hisslərdir. “Biz həkim olsaq da, həyatı bəxş edən Allahdır, biz vasitəçiyik. Düşmən təxribatına qarşı əks-hücum əmri gələndə tabor komandirimiz, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Orxan Əkbərovdan xahiş etdim ki, hərbçi yoldaşlarımla cəbhəyə yollanım. Sağ olsun, icazə verdi. Cəbhəyə gəldikdə hərbçilərimizdəki böyük ruh yüksəkliyini gördüm. Hər bir əsgər torpaqlarımızı azad etmək üçün ancaq irəli getməyə can atırdı. Çox qürurlu anlar idi. Döyüşlərin gedişatında hətta hərbçilərimiz məni qorumaq üçün özlərini sipər edirdilər. Deyirdilər ki, sizə bir şey olsa, bizə, yaralılara kim kömək edəcək?! Sənin sağ qalmağın daha vacibdir. İlk yaralımız İlkin Abbasov oldu. Döyüşçü yoldaşları ona ilkin tibbi yardım göstərdiyindən, mən onu təxliyə etdim. Sonra Emin adlı döyüşçü yoldaşımız ağır yaralandı. Güllə onun üz nahiyəsinə girərək boynundan çıxmışdı. Lakin Allahın möcüzəsi nəticəsində sağ qaldı. Bizim bir məqsədimiz var idi, nəyin bahasına olursa-olsun, döyüşçülərimizə can verək, onları yaşadaq”.

Hərbçilər bu Qələbənin memarının Ali Baş Komandan İlham Əliyev olduğunu söyləyərək bildirdilər ki, məhz Prezidentin rəhbərliyi ilə uzun illər aparılan ordu quruculuğu, peşəkar hərbçi kadrların yetirişdirilməsi, gənclərin vətənpərvər ruhda tərbiyə alması bu Zəfərin qazanılmasında öz rolunu oynadı. Əlbəttə ki, xalqımızın öz rəhbərinin, ordusunun ətrafında bir yumruq tək birləşməsi Azərbaycan əsgərinə əlavə güc verirdi.

İndi azad edilən ərazilərdə yenidənqurma, tikinti-abadlıq, quruculuq işləri aparılır. Çox yaxın vaxtlarda həmin ərazilərdə firavan həyata yenidən başlayacaq.

 

Kənd Horadiz əməliyyatı – Vətən müharibəsinin iştirakçıları AZƏRTAC-a danışır FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanli alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK CANLI

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib