İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramında Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək
Bakı, 7 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı günlərində respublikada ət kəsiminə nəzarəti həyata keçirən Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib.
O bildirib ki, nazirlik tabeçiliyində olan təsərrüfatlardan erkək və sağlam heyvanların bazara çıxarılmasına, orada formalaşacaq işçi qrupunda nazirliyin nümayəndələrinin iştirakının təmin edilməsinə çalışacaq. Bundan əlavə, Qurban bayramının yüksək səviyyədə təşkili üçün ət kəsimi yerlərinin müəyyən olunması və təcrübənin bölüşdürülməsində də Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçiriləcək.