QAN YADDAŞI


Kənd Təsərrüfatı Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı, 17 yanvar, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov 20 Yanvar hadisəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsinin simvolu olduğunu deyib. Nazir müavini bildirib ki, bu cinayət Azərbaycan xalqına qarşı planlı şəkildə həyata keçirilib.

Böyük dövlətlərin 20 Yanvar qırğını ilə bağlı hər hansı münasibət bildirmədiklərini deyən Seyfəddin Talıbov o zaman yalnız ulu öndər Heydər Əliyevin susmadığını, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək baş verən hadisələrin mahiyyətini bütün dünyaya açıqladığını xatırladıb. O, 20 Yanvar hadisələrinə siyasi qiymətin də məhz Ulu Öndərin təşəbbüsü ilə verildiyini, bununla bağlı parlamentdə xüsusi komissiyanın yaradıldığını bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan xalqı şəhidlər versə də, sonadək mübarizə apararaq azadlığına qovuşdu.

Anım mərasimində çıxış edən natiqlər 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində şanlı səhifə adlandırıblar. Çıxışlarda bildirilib ki, Azərbaycana qarşı torpaq iddiaları ilə başlayan prosesin davamı olan 20 Yanvar hadisələri xalqımızın mübarizə əzmini qıra bilməyib, əksinə bu hadisələr Sovet İttifaqının süqutunda önəmli rol oynayıb.

Mərasimdə 29 il əvvəl baş vermiş hadisələr xalqımızın qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilib, şəhidlərin xatirəsinin həmişə əziz tutulacağı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.