REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib

Bakı, 13 fevral, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib. Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların rəhbər şəxsləri, pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, pambıq emalı müəssisələrinin nümayəndələri, qabaqcıl fermerlər iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bir ay əvvəl keçirilmiş müşavirədə verilən tapşırıqların icra vəziyyəti, 2019-cu ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı ilə bağlı mövcud durum müzakirə olunub.

Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirələr ayda bir dəfə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.