İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, tabeli qurumların və taxıl əkini aparılmış rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, o cümlədən Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi iştirak edib. Müşavirədə 2019-cu ildə taxılçılığın mövcud vəziyyəti, görülmüş işlər ətrafında fikir mübadiləsi aparılıb, taxıl əkinində texnoloji xəritəyə riayət olunması, gübrə ilə təminat, suvarma, alaq otlarına qarşı mübarizənin təşkilinə dair hesabatlar dinlənilib.
Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün görülən işlərə toxunulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]