REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyindən bir ilk: fermerlər aqrar kredit üçün online müraciət edə biləcəklər

Bakı, 12 sentyabr, AZƏRTAC

Aqrar fəaliyyətlə məşğul olanların güzəştli kredit üçün banka getməsinə ehtiyac qalmayacaq. Fermer və sahibkarlar müraciətlərini elektron platforma üzərindən online ünvanlaya biləcəklər.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin saytında yaradılmış platforma (http://agrocredit.agro.gov.az/login) fermer, Dövlət Xidməti və kredit təşkilatlarını bir ünvana yığır.

Xidmətin rəisi Mirzə Əliyev bildirib ki, öz ASAN imzası vasitəsilə platformaya daxil olan fermer kredit üçün müraciət formasını doldurur: “Fermer özü və təsərrüfatı haqqında məlumatları, istədiyi kredit məbləğini, təklif etdiyi girovu qeyd edib, müvəkkil kredit təşkilatını seçir və doldurulmuş müraciət formasını platforma vasitəsilə göndərir. Fermerin göndərdiyi müraciət həm bankda, həm də Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Kredit Şöbəsində izlənilir və araşdırılır. Yeni platforma fermer və sahibkarların işini yüngülləşdirərək, evdən çıxmadan kredit üçün müraciət etmək imkanı yaradacaq, eləcə də kredit müraciətlərinin qəbulunda şəffaflığı təmin edəcək”.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev onu da qeyd edib ki, yaxın vaxtlarda platformada fermer və sahibkarların öz məsrəf və mənfəətlərini hesablamaq imkanı da olacaq. Elektron platforma vasitəsilə kredit götürənlər aqrar kreditlərini də ödəyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.