REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyinin regionlardakı monitorinqləri davam edir
Bakı, 14 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi Bərdə, Ağdam və Ağcabədi rayonlarında şumun yerlərdə aparılma vəziyyəti, texnika, gübrə, toxumla təminat, həmçinin pambıq yığımına hazırlıq işlərinin aparılması və bitkinin sortundan asılı olaraq qozaların açılma faizinin müəyyənləşdirilməsi üçün müvafiq qurumların iştirakı ilə monitorinqlər keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan rayonlarda kənd sakinləri ilə görüşlər keçirən mütəxəssislər problem və təklifləri dinləyib, kənd ərazisində taxıl əkini məqsədi ilə aparılmış şuma baxış keçirib və aqronomlarla söhbətlər aparıblar.