REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları bölgələrdə fermerlərə xidmətə başlayır

Bakı, 23 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobusları sentyabrın 28-dən etibarən bölgələrdə fermerlərə xidmətə başlayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mikroavtobuslar vasitəsilə səyyar xidmət Masallı, Xaçmaz, Şəki, Kürdəmir, Şəmkir və Bərdə rayonlarında həyata keçiriləcək. Bu rayonlarda yaşayan fermerlər ərazi üzrə səyyar xidmət təşkil olunacaq kəndlərin siyahısını və xidmət qrafikini Dövlət Aqrar İnkişaf mərkəzlərindən və Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzindən zəng vurub öyrənə bilərlər.

Xidmətin təşkil olunacağı kəndlərdə fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edə bilərlər. Fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri kifayətdir.

Qeyd edək ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar xidmət mikroavtobusları vasitəsilə qrafik üzrə bütün rayonlarda xidmətin təşkili nəzərdə tutulur. Xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.