REGİONLAR


Kənd Təsərrüfatı naziri Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Bakı, 24 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağdaş və Göyçay rayonlarında səfərdə olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ağdaş rayonunda tinglər üçün calaqaltı materialı istehsal edən müstəqil laboratoriyanın fəaliyyəti ilə tanış olub, laboratoriyalarda hazırlanan ting materiallarının əkildiyi təcrübə sahəsinə baş çəkib.

İnam Kərimov, həmçinin Göyçay rayonunun Şəhadət kəndində fermer Natiq Zakirovun çəltik sahəsinə, Potu kəndində fermer Eldar Vəliyevin nar bağına, Yalman kəndində salınmış xurma bağına, 2000 ton saxlama tutumu olan soyuducu anbara və fermer Seymur Kazımovun heyva bağına da baş çəkib.

Fermerlər məhsul yığımına hazırlıq prosesi, satışın təşkili, emal imkanları barədə məlumat veriblər.

Görüşlərdə bağlara düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkinlərdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.