REGİONLAR


Kənd Təsərrüfatı naziri Ucarda vətəndaşları qəbul edəcək

Bakı, 24 fevral, AZƏRTAC

Kənd Təsərrüfatı naziri İnam Kərimov fevralın 28-də saat 11:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində Goranboy və Yevlax rayonları, nazir müavini Elçin Zeynalov İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində İmişli və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-339-10-69), Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-551-98-43) və İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.