REGİONLAR


“Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”nin icrası nəticəsində Yevlaxda əkinlərin su təminatı yaxşılaşacaq

Yevlax, 13 sentyabr, AZƏRTAC

“Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində Yevlax rayonunda 40 min hektaradək suvarılan ərazidə təmir-bərpa işləri aparılır. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyinin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və İslam İnkişaf Bankı ilə birgə həyata keçirdiyi layihənin əsas məqsədi ərzaq təhlükəsizliyi və gəlirlərin artırılması imkanlarını təkmilləşdirməklə kənd əhalisinin rifahını yaxşılaşdırmaqdır. Layihə çərçivəsində yeni beton kanalların çəkilməsi, torpaq kanalların və kollektorların təmizlənməsi, hidrotexniki qurğuların inşa edilməsi işləri həyata keçirilir.

Tikintidə sahə rəisi İlhami Əbdülzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində 1870 ədəd hidrotexniki qurğunun tikilməsi, 96 kilometr beton kanalın çəkilməsi, 475 kilometr torpaq kanalların və 126 kilometr kollektorların təmizlənməsi nəzərdə tutulur. Layihədə nəzərdə tutulan işlərin böyük əksəriyyəti artıq yekunlaşmaq üzrədir. İndiyədək 1324 qurğu tikilib, 81 kilometr beton kanal çəkilib, 400 kilometr torpaq kanal və 126 kilometr kollektor təmizlənib.

Layihə üzrə işlərin bu ilin sonunadək yekunlaşması nəzərdə tutulur. Layihənin icrası nəticəsində Yevlax rayonunda 40 min hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.