REGİONLAR
Kənd komandaları arasında keçirilən futbol üzrə birincilikdə növbəti turun oyunları olub
Naxçıvan, 20 avqust, AZƏRTAC
Muxtar respublikada gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol üzrə şəhər və rayon birinciliklərində növbəti oyunlar başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhəri üzrə keçirilən görüşdə Bulqan kənd komandası tumbullu həmkarlarını 9:2 hesabı ilə məğlub edib.
Şərur rayonu üzrə isə 4 görüş keçirilib. Danyeri Yuxarı Daşarx komandasından (5:1), Dərəkənd Kərimbəyli komandasından (3:0), Yuxarı Aralıq Kürçülü komandasından (5:0), Xələc Aşağı Daşarx komandasından (2:1) üstün olub.
Babək rayonunda keçirilən görüşdə Nəhəcir kənd komandası Qahab kənd komandasını məğlub edib – 6:5.
Culfa rayonu üzrə keçirilən görüşlərdə Qazançı Saltaq komandasına qalib gəlsə də (3:0), Camaldın komandasına məğlub olub – 4:5. Ən böyük hesablı qələbə Kəngərli rayonunda qeydə alınıb. Belə ki, Qabıllı komandası Çalxanqala komandasını 10 dəfə mərkəzə dəvət edib. Qıvraq isə Qarabağlar komandasından üstün olub – 5:1. Ordubad rayonu üzrə keçirilən görüşdə Düylün Azadkənd komandasını (6:1), Şahbuz rayonu üzrə Keçili Şahbuzkənd komandasını (3:1), Sədərək rayonu üzrə isə Qaraağac Kərki komandasını (12:6) məğlub etməyi bacarıb.