REGİONLAR


Kənd sakininin tarix sevgisi – onun yaratdığı muzeydə bir-birindən maraqlı nadir eksponatlar yer alır FOTO VİDEO

Tovuz, 24 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuz sakininin yaratdığı tarix muzeyi görənlərin diqqətini cəlb edir. Bu muzeydə bölgənin qədim tarixinə, orta əsrlərə və sovet dövrünə aid 2 mindən çox eksponat yer alıb.

AZƏRTAC xəbər verir ki, Tovuzun Əyyublu kənd sakini Mübariz Mehralıyevin 20 ilə yaxındır topladığı eksponatlar görənləri heyran edir. Tarixsevər kənd sakininin şəxsi muzeyində Alban dövlətinə məxsus daş üzərində yazı, qədim türk tayfalarına aid silahlar, xəncər və ox başlıqları, müxtəlif dövlətlərə və dövrlərə məxsus kağız və metal pul sikkələri, burada yaşayan qədim əhalinin əkinçilik alətləri, saxsı qablar, küplər, müxtəlif dövrləri və mövzuları əhatə edən kitablar və digər qiymətli əşyalar yer alır.

Muzey sahibi bu eksponatları çətinliklə əldə etdiyini deyir. Bəzən ona bu işdə kömək edənlər də olur. Bu muzeyə orta məktəblərdən ekskursiyalar təşkil edilir. “Muzeyə hətta ailəvi gələnlər də olur. Ətraf bölgənin sakinləri də bu muzeylə maraqlanırlar. Hətta eksponat hədiyyə edənlər də olur”, - deyə Mübariz Mehralıyev bildirir.

Mübariz Mehralıyev eksponatlar toplusuna “Aşağı Alplı” muzeyi adını verib. Kənd sakini hesab edir ki, muzeyində hətta 9-10 min il yaşı olan eksponat da mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.