İQTİSADİYYAT
Kənd təsərrüfatı məhsullarını istehsalçı olmayan şəxslərdən aldıqda 2 faiz vergi tutulur
Bakı, 26 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarını istehsalçı olmayan, həmçinin vergiödəyicisi kimi uçotda durmayan şəxslərdən aldıqda, ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulmalı və rüb başa çatdıqdan sonra bu barədə vergi orqanına hesabat təqdim edilməlidir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, məhsulları təqdim edən şəxs vergiödəyicisi kimi uçotda olduqda ödəmə mənbəyində vergi tutulması qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, həmin şəxs əldə etdiyi gəlirlərə əsasən vergi öhdəliklərini yerinə yetirməlidir.