Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 31 faizinin icrası tamamlanıb

Bakı, 21 iyul, AZƏRTAC

Doqquz strateji hədəfdən ibarət olan "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin ümumi icra vəziyyəti 46 faizdir. Adıçəkilən Strateji Yol Xəritəsi çərçivəsində 2017-ci il üzrə nəzərdə tutulan tədbirlərin 31 faizinin icrası tamamlanıb, 29 faizi qismən icra edilib və 40 faizi icra edilməyib.

İİTKM-in departament rəhbəri Rəşad Hüseynov AZƏRTAC-a bildirib ki, ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi yuxarıda qeyd edilən yol xəritəsinin birinci strateji hədəfidir və müvafiq dövr ərzində bu hədəf çərçivəsində nəzərdə tutulmuş tədbirlərin 69 faizi icra edilib, 16 faizi qismət icra edilib və 15 faizi icra edilməyib. Bu strateji hədəf üzrə Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması ilə əlaqədar təkliflər hazırlanıb. Eyni zamanda, ərzaq məhsulları ilə təchizatın dayanıqlılığı baxımından risklərin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib və ərzaq təhlükəsizliyinin monitorinqinin aparılması qaydalarının layihəsi hazırlanıb. Ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsalı potensialının qiymətləndirilməsi məqsədilə ölkədə ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsal, idxal və ixrac göstəriciləri təhlil edilib və gələcək üçün proqnozlar hesablanıb. Bunlarla yanaşı, ölkədə qida təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

Qeyd edilib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin ikinci strateji hədəfi olan kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması hədəfinin icra səviyyəsi belə olub: 35 faiz tam icra, 24 faiz qismən icra və 41 faiz icra edilməyib. İnkişaf etmiş meyvəçilik və üzümçülük təsərrüfatlarının yaradılması üçün bu sahələr üzrə elmi əsaslandırılıb ixtisaslaşma tələb edildiyini nəzərə alaraq, respublika ərazisində üzümçülüyün və meyvəçiliyin inkişafı məqsədilə 10 təbii iqtisadi zona, bu zonalarda becərilməsi üçün müvafiq rayonlaşdırılıb və perspektivli meyvə və üzüm sortları və istehsal olunan şərab məhsulunun növləri müəyyən edilib. İstehsalçılar tərəfindən emal müəssisələrinə təhvil verilən pambıq, barama və tütün məhsulunun həcminə görə subsidiya verilməsinə başlanılıb. Kənd təsərrüfatı kooperativlərinin yaradılması və qeydiyyatı prosedurlarının sadələşdirilməsi üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi baxımından müxtəlif ölkələrin təcrübələri araşdırılıb, habelə kənd təsərrüfatı kooperasiyası ilə bağlı mövcud qanunvericiliyin monitorinqi aparılıb.

Adıçəkilən Strateji Yol Xəritəsində üçüncü strateji hədəf - Maliyyəyə çıxışın asanlaşdırılması üzrə tam icra 41 faiz, qismən icra 16 faiz olub. 43 faiz tədbir isə icra olunmayıb. Bu hədəf çərçivəsində kənd təsərrüfatında yeni kredit məhsulları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb və eyni zamanda, ölkənin kənd təsərrüfatı sektorunda riskin qiymətləndirilməsi üzrə ilkin təhlillər aparılıb. Bununla yanaşı kənd təsərrüfatı sığortası üzrə qanun layihəsi hazırlanıb, sığorta hadisələri reyestrinin hazırlanması sahəsində beynəlxalq təcrübə öyrənilib, ölkədə sığorta bazarının mövcud vəziyyəti beynəlxalq ekspertlərlə birlikdə təhlil edilıb. Aqrar sığorta sisteminin təkmilləşdirilməsi məqsədilə dünyada mövcud olan aqrar sığorta modelləri və ölkədə sığorta fondunun yaradılması imkanları araşdırılıb.

Qeyd edilən yol xəritəsinin dördüncü hədəfi - Kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirləri özündə ehtiva edir. Bu hədəfin 2017-ci ilə aid hissəsinin 36 faizi icra edilib, 25 faizi qismən icra edilib və 39 faizi icra edilməyib. Hədəf üzrə nəzərdə tutulmuş tədbirlərdən kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı, icarə və istifadəyə verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, habelə kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müvafiq mexanizmlərin tətbiqi sahəsində beynəlxalq təcrübə araşdırılıb və mövcud qanunvericiliyin monitorinqi aparılıb. Su ehtiyatları, suvarılan torpaq sahələrinin və suvarma suyuna tələbatın ödənilməsi vəziyyəti öyrənilib. Ölkənin kənd təsərrüfatı texnikası parkının davamlı olaraq yenilənməsinin təmin edilməsi məqsədilə texnika parkının mövcud vəziyyəti təhlil edilib. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalı üzrə kiçik və orta təsərrüfat subyektlərinin kiçikhəcmli texnikaya, maşın və avadanlıqlara olan ehtiyaclarını öyrənmək məqsədilə respublikanın rayonları üzrə yerlərdə sorğular keçirilib. Toxumçuluq haqqında yeni qanun layihəsi işlənib hazırlanıb.

R.Hüseynov deyib ki, kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi adıçəkilən yol xəritəsinin beşinci hədəfi olmaqla 2017-ci il üzrə icra vəziyyəti belədir: 23 faiz icra edilib, 29 qismən icra edilib və 48 faiz icra edilməyib. Aqrar sahədə ali təhsilin inkişaf etdirilməsi sahəsində bir sıra işlər görülüb, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq proqramlarda iştirak səviyyəsinin artırılması hesabına xarici dillərdə tədris edilən ixtisasların sayı artıb. Kənd təsərrüfatı sahəsində elmi tədqiqatların prioritetlərinin müəyyən olunması və nəticəyönümlülüyünün artırılması məqsədilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin yanında Koordinasiya Şurası yaradılıb. Aqrar sahədə informasiya-məsləhət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir sıra ölkələrin təcrübəsi təhlil olunaraq mövcud mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanıb.

Altıncı strateji hədəf kimi kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması hədəfi çərçivəsində nəzərdə tutulan tədbirlərin 24 faizi icra edilib, 49 faizi qismən icra edilib və 27 faizi icra edilməyib. Bu istiqamətdə görülən işlərə heyvandarlıq məhsulları, taxılçılıq məhsulları, texniki bitkilər, sənaye təyinatlı digər məhsullar və bəzi istehsal vasitələri üzrə topdan və pərakəndə satış qiymətlərinin, habelə kənd təsərrüfatı məhsullarının sahədən satış qiymətləri və tədarük müəssisələri tərəfindən satın alınan qiymətlərini də əhatə edən yeni Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalının hazırlanmasını qeyd etmək olar. İxracla bağlı sənədləşmə məsələlərinin effektiv həlli istiqamətində görülən işlərdən önəmlisi sahibkarlar üçün gömrük orqanına getmədən elektron şəkildə gömrük bəyannaməsini əldə etməsi imkanının yaradılmasıdır.

Strateji Yol Xəritəsinin yeddinci hədəfi ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və təbii amillərin kənd təsərrüfatına təsirlərinin idarə olunmasıdır. Bu strateji hədəfin 22 faizi tam icra edilib, 27 faizi qismən icra edilib və 51 faizi icra edilməyib. Hədəf üzrə iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinə dair statistik məlumatlar təhlil edilib və məlumat bazası təkmilləşdirilib, eyni zamanda, müasir metodlara əsaslanan iqlim ssenariləri hazırlanıb. Respublikada kənd təsərrüfatı məhsullarının ekoloji normalara uyğun istehsalının qiymətləndirilməsi üçün indikatorlar müəyyənləşdirilib və ölkədə ekoloji təmiz məhsul istehsalının təşkili və qiymətləndirmənin aparılmasına dair ilkin təkliflər hazırlanıb. Əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi analizlərin aparılmasının təmin edilməsi məqsədilə 11 rayonda aqrokimyəvi laboratoriyalar müasir avadanlıqla və digər zəruri vasitələrlə təchiz edilib.

Aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi səkkizinci hədəf kimi aşağıdakı icra göstəricilərinə malikdir: 30 faiz icra edilib, 30 faiz qismən icra edilib və 40 faiz icra edilməyib. 2017-ci ildə 13 rayon üzrə elektron kadastr uçotu işləri tamamilə yekunlaşıb. "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemi vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarının təsərrüfat subyektləri kimi qeydiyyata alınması tədbirinin icrası məqsədilə beynəlxalq təcrübə öyrənilib, mövcud qanunvericiliyin monitorinqi həyata keçirilib, normativ hüquqi akt layihələri hazırlanıb. Aqrar siyasətin nəticələrinin monitorinqi və qiymətləndirilməsi məqsədilə istifadə oluna biləcək indikatorlar müəyyən olunub.

Strateji Yol Xəritəsinin sonuncu kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi hədəfinin 2017-ci ildə yalnız 18 faizi tam icra edilib, 53 faizi qismən icra edilib və 29 faizi icra edilməyib. Bu hədəf çərçivəsində kənd yerlərinin sosial-iqtisadi inkişafı siyasəti üzrə potensialın gücləndirilməsi məqsədilə təhlillər aparılıb. Kənd yerlərinin sosial-iqtisadi vəziyyətini əks etdirən operativ məlumatların əldə edilməsi, hər bir yaşayış məntəqəsi üzrə sosial-iqtisadi inkişafın mövcud vəziyyətinin öyrənilməsi, mövcud resurslardan istifadə səviyyəsi və potensial investisiya imkanları barədə məlumat mənbəyinin yaradılması zəruriliyi nəzərə alınaraq "Kənd yerlərinin sosial-iqtisadi inkişafının monitorinq prosesinin metodologiyası" hazırlanıb. Eyni zamanda, kənd yerlərinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının layihəsi hazırlanıb.

Əsas icraçı qurumların performansına gəldikdə isə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizini yerinə yetirib. Fövqəladə Hallar Nazirliyi və Maliyyə Nazirliyinin icra göstəricisi isə 75 faizdir. Əmlak Məsələləri Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi qeyd edilən dövr ərzində nəzərdə tutulan tədbirlərin müvafiq olaraq 61 və 52 faizini yerinə yetiriblər. Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi hər biri 50 faizlik icra göstəricisinə malikdirlər. Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, "Aqrolizinq" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi müvafiq olaraq 43 faiz, 41 faiz, 38 faiz, 37 faiz və 33 faiz icra göstəricilərinə malikdirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans