İQTİSADİYYAT


Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan əlavə dəyərin ÜDM-də payı 4,8 faiz olub

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan əlavə dəyərin ÜDM-də payı 4,8 faiz olub

Bakı, 1 fevral, AZƏRTAC

Ötən il ölkə üzrə aqrar sahənin strukturunda bitkiçilik sektorunun payı 52,3 faiz, heyvandarlıq sektorunun payı isə 47,7 faiz olub. Kənd təsərrüfatı məhsullarının istehsal həcminin dəyəri faktiki qiymətlərlə 10.98 milyard manata bərabərdir. Bunu faizlə ifadə etsək 3,4 faiz artıb. Bununla da kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan əlavə dəyərin ölkənin ÜDM-də payı 4,8 faiz olub.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova II Aqrobiznes Forumunda çıxışında deyib.

Nazir müavini bildirib ki, bitkiçilik sektoru üzrə payızlıq əkin sahəsi 2,8 faiz çox olub. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə toplanılan sığorta haqları 2021-ci illə müqayisədə 137 faiz artıb: “Bir başqa müsbət göstərici də heyvandarlıq sahəsi üzrə müşayiət olunur. Belə ki, ət istehsalı 2,9 faiz, süd istehsalı 1,9 faiz, süni mayalanma yolu ilə alınmış yüksək məhsuldar buzovlar 4,6 faiz, yumurta istehsalı 8 faiz artıb. Arıçılıq sahəsində əlverişli şərait və göstərilən dövlət dəstəyi nəticəsində istehsal həcmi artıb və ölkə üzrə tələbat tam ödənilib”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.