REGİONLAR
Kənd təsərrüfatı naziri Ağdam rayonunda pambıqçılığın inkişafı istiqamətində fermerlərin təkliflərini dinləyib
Bakı, 11 may, AZƏRTAC
Kənd təsərrüfatı naziri İnam Kərimov bölgələrə səfəri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçıları ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir pambıq istehsalçılarına bu sahənin dövlətimizin başçısının birbaşa diqqətində olduğunu deyib, pambıqçılığa çoxşaxəli dövlət dəstəyindən və qarşıya qoyulan hədəflərdən söz açıb. Həmçinin İnam Kərimov pambıqçılıqda məhsuldarlığın artırılması üçün intensiv kənd təsərrüfatı və müasir-innovativ texnologiyaların tətbiqini tövsiyə edib.
Fermer və sahibkarlar da öz növbəsində, rayonda pambıqçılığın inkişafı məqsədilə əlavə artezian quyularının qazılmasını, suvarma şəbəkəsinin inkişaf etdirilməsini, kooperasiyaların yaradılmasını, bu sahədə rayondakı qabaqcıl fermerlərin və xarici təcrübənin öyrənilməsini təklif ediblər.
Sonda nazir İnam Kərimov və fermerlər pambıqçılığın inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıblar.