REGİONLAR


Kənd təsərrüfatı naziri Salyanda yeni istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində olub

Salyan, 22 sentyabr, Mahir Babayev, AZƏRTAC

Kənd təsərrüfatı naziri Heydər Əsədov Salyana səfəri çərçivəsində rayonun Şorsulu kəndində yeni istifadəyə verilən pambıq qəbulu və sort-sınaq məntəqələrində olub.

AZƏRTAC xəbər verir ki, nazir Heydər Əsədov pambıq qəbulu məntəqəsində yaradılmış şəraitlə, eləcə də pambığın qəbulu, keyfiyyəti, qurudulması və məhsulun tayalara vurulması prosesi ilə maraqlanıb. Bildirilib ki, yeni istifadəyə verilən Şorsulu pambıq qəbulu və tədarükü məntəqəsi respublikanın pambıqçılıq rayonlarında inşa olunan 12 məntəqədən biridir.

Sonra nazir Salyan sort-sınaq məntəqəsində toxumçuluq üçün əkilib-becərilən pambıq sahələrini gəzib, bitkinin dərmanlanması və məhsul yığımına hazırlıqla tanış olub. Sahədə pambıqçılarla görüşən nazir respublikada aqrar sektorun inkişafı ilə bağlı dövlət başçısının son illərdə imzaladığı sərəncamlardan, verdiyi tapşırıq və tövsiyələrdən danışıb, dövlətin dəstəyi ilə ölkədə həyata keçirilən irimiqyaslı layihələr, qeyri-neft potensialının cəmləşdiyi regionlarda müvafiq dövlət proqramlarına uyğun kompleks tədbirlərin görüldüyü barədə məlumat verib. Son illər ölkədə pambıqçılığın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açan Heydər Əsədov bu mövsüm pambıq yığımı zamanı heç bir çətinliyin olmayacağını, bunun üçün bütün zəruri tədbirlərin vaxtında həyata keçirildiyini bildirib. Qeyd olunub ki, görülmüş işlər nəticəsində qısa müddətdə respublikada 21 min ton pambıq yığılaraq qəbul və tədarük məntəqələrinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.