REGİONLAR


Kənd təsərrüfatı naziri Şəkidə vətəndaşlarla görüşəcək

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 22-də saat 11:00-da Şəki Şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qax, Şəki, Zaqatala, Oğuz və Balakən rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Şəki Şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-735-35-77) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.