İQTİSADİYYAT


Kənd təsərrüfatı sahəsində peyk görüntülərindən istifadə etməklə aparılan işlər açıqlanıb

Kənd təsərrüfatı sahəsində peyk görüntülərindən istifadə etməklə aparılan işlər açıqlanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün aparılan işlərin mütəmadi monitorinqi olduqca vacibdir. Bu istiqamətdə artıq bütün dünyada tətbiq olunan ən uğurlu yol peyk vasitəsilə müşahidələrin aparılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın nəticələrinə həsr olunmuş konfransda deyib.

Nazir müavini bildirib ki, peyk görüntülərindən istifadə edilməklə (Image Processing) süni intellekt və məsafədən zondlama texnologiyaları vasitəsilə tarla bitkilərinin sağlamlığı, su stressi, gübrə ehtiyacları və sair məsələlər ilə bağlı fasiləsiz monitorinq həyata keçirə bilirik: “Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramının müstəsna əhəmiyyəti var. Dövlət Proqramının 19 bəndində Kənd Təsərrüfatı Nazirliyi icraçıdır. Bu bəndlərin 10-da Nazirlik tək icraçı, digər 9 bənddə isə müştərək icraçıdır”.

İlhamə Qədimova qeyd edib ki, ötən 4 il ərzində Dövlət Proqramı çərçivəsində faydalı işlər görülüb: “Bunlara misal olaraq əkin növləri (taxıl, pambıq, tütün, şəkər çuğunduru və çəltik) xəritəsinin (crop map) hazırlanması, şumlanmış torpaqların müəyyənləşdirilməsi layihələri, pambıq sahələrində vegetasiya dövrünün monitorinqi, su resurslarının, iqlim dəyişikliyinə həssas, səhralaşma əlamətləri müşahidə olunan ərazilərin qiymətləndirilməsi və sair layihələri göstərmək olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.